Sabiq səfir: “Ermənistanda hamı bir-birinə tüpürmək istəyir"

Sabiq səfir: “Ermənistanda hamı bir-birinə tüpürmək istəyir"

"Təəccüb doğuran bir zamana gəlib çıxmışıq. Ermənistanda hamı bir-birinə tüpürmək istəyir".

Cebhe.info xəbər verir ki, bu sözləri Ermənistanın Vatikandakı eks-səfiri Mikael Minasyan deyib.

"Xalq öz ölkəsinə tüpürmək istəyir. Bunun səbəbləri müxtəlifdir; xalqın bir hissəsi ölkəni tərk etməyə hazırlaşır, yarısının nifrətdən gözləri tutulub, digərləri isə aclıqdan və çəkdikləri zülmdən öz ölkəsinə tüpürmək istəyir. Amma bu xalqın nümayəndələrinin xoşbəxtləri də var, çünki onların beyni işləmir", - deyə eks-səfir vurğulayıb.

Daha sonra Minasyan ölkənin parçalandığını və bundan düşmənlərinin sevindiyini qeyd edib.

Eks-səfir ölkənin Baş naziri Nikol Paşinyanın və onun havadarlarının baş verənlərə biganə qalmasını, əsasən də Qarabağ müharibəsində itkin düşən hərbçilərlə tamamilə maraqlanmamasını deyib.

Minasyan Paşinyanın, həmçinin evsiz qalan qaçqınlara da yardım etməməsindən gileylənib.

"Hakimiyyət əsir düşənlərin, həlak olanların sayını gizlədir. Onlar fikirləşmirlər ki, günü-gündən xalqın vəziyyəti pisləşir. Özləri isə bu xalqın hesabına daha yaxşı yaşamağa doğru gedirlər. Hakimiyyət hər gün bir sərhədyanı kəndi qarşı tərəfə verməsinə zərrə qədər də heyfslənmir. Paşinyanlar tariximizi, ənənəmizi tapdalayırlar", - deyə Minasyan əlavə edib.

Səsləndirdiyi fikirlərdə erməni eks-səfir sərsəmləyərək bildirib ki, dünya Qarabağın qadağan edilmiş silahlarla necə məhv edildiyini müşahidə etdi.

O, daha sonra qeyd edib ki, Ermənistan yüksələn templə yeni nəsil cəsus şəbəkələrinin təcrübə zonasına çevriləcək.

O qeyd edib ki, indi elə bir zamana gəlib çıxmışıq ki, xalq ölkəyə, hakimiyyət xalqa, dünya isə Ermənistana tüpürmək istəyir. Eks-səfir baş verənlərin hamısında Paşinyanı və onun havadarlarını günahlandırıb və buna görə onların pul qazandıqlarını deyib.

Səsləndirdiyi fikirlərin sonunda o, Paşinyanı satqın adlandırıb və xalqın onun bu satqınçılığına dözdüyünə görə, onları düzgün qiymətləndirməsini tələb edib:

"Xalq bu biganə münasibətə layiq deyil. Çünki bu xalq hər şeyi unudaraq sənin satqın olmağına dözür", - deyə Minasyan bildirib.

Sevinc Tapdıqqızı

Mənbə: cebhe.info