İraqda ABŞ bazasına hücum edildi

İraqda ABŞ bazasına hücum edildi

 ABŞ əsgərlərinin İraqın paytaxtı Bağdadda qaldığı "Victory" hərbi bazasına raket hücumu edilib.

Bu barədə "Sky News" xəbər verib.

Bazadakı "C-RAM" hava müdafiə sistemi aktivləşdirilib.

Bölgədə partlayış və həyəcan siqnalı səsləri eşidilib. Hadisə ilə əlaqədar rəsmilər tərəfindən heç bir açıqlama verilməyib.

Bu hava hücumundan müdafiə sistemi top, raket və minaatan kimi sursatları məhv etmək üçün istifadə olunur.

 

Mənbə: eastnews.org