Donald Tramp nə ilə məşğul olmağı planlayır? - Açıqlama

Donald Tramp nə ilə məşğul olmağı planlayır? - Açıqlama

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı kimi səlahiyyət müddəti bitdikdən sonra özünə yeni məşğuliyyət tapacağına söz verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Washington Examiner”in müxbirinə gələcək planları barədə suala cavabda bildirib.

“Biz bir şeylə məşğul olacağıq, amma indi yox”, – deyə siyasətçi qeyd edib.

Xatırladaq ki, respublikaçı Tramp hazırda Florida ştatının Palm-Biç şəhərindəki özünə məxsus qolf klubundadır. Keçmiş prezident hələlik istirahət etmək niyyətindədir.

Mənbə: teleqraf.com