Serbiya Rusiya ilə vizasız gedişi ləğv edir - Şengenə keçid planı açıqlandı

Serbiya Rusiya ilə vizasız gedişi ləğv edir -

Serbiya 2027-ci ilin sonunadək Şengen zonasına qoşulmaq üçün bütün tələbləri yerinə yetirməyi planlaşdırır.

Bunu Serbiyanın Avropaya inteqrasiya naziri Nemanya Staroviç bildirib.

Onun sözlərinə görə, Belqrad Avropa İttifaqına (Aİ) mərhələli yaxınlaşma strategiyasına üstünlük verir. Nazir Aİ daxilində mövcud problemlər səbəbindən bu onilliyin sonunadək qurumun əhəmiyyətli dərəcədə genişlənməsinin və ya namizəd ölkələrin tamhüquqlu üzvlüyünün çətin olduğunu vurğulayıb.

Staroviç qeyd edib ki, Serbiya Şengen zonasına daxil olmaq üçün bütün tələbləri tam yerinə yetirməyə hazırlaşır. Bu proses çərçivəsində Rusiya ilə vizasız rejimin ləğvi də gündəmə gələ bilər.

Müəllif: Adəm

Mənbə: publika.az