Nazirin hədiyyə bağışladığı, yüzlərlə yaralını xilas edən qəhrəman - Video

Nazirin hədiyyə bağışladığı, yüzlərlə yaralını xilas edən qəhrəman - Video

"Yeni Müsavat" Media Qrupu olaraq Vətən müharibəsinin qəhrəmanlarını tanımağa və tanıtmağa davam edirik.

44 günlük müharibədə yüzlərlə yaralı əsgər və zabitimizi döyüş meydanlarından xilas edən qəhrəmanlarımızdan biri də 21 yaşlı Mansur olub.

İkinci Şahsevən kənd sakini olan Mansur şəhid hərbi həkim Eldar Abdullayevlə birlikdə xidmətdə olub. Oktyabrın 17-nə qədər də döyüş meydanında çiyin-çiyinə olublar. Hər ikisi də xidmət başında şəhidlik zirvəsinə ucalıblar.

Mansur Teymurov ailəsinə, nənəsinə oktyabrın 18-də, Müstəqillik günündə qələbə qazanacaqlarını deyib. Amma həmin gün Mansurun şəhid xəbəri gəlib.

Qeyd edək ki, Mansur ölümündən sonra "Vətən uğrunda" və Qubadlının işğaldan azad edilməsində göstərdiyi qəhrəmanlığa görə medalları ilə təltif edilib.

piaaz

Mənbə: pia.az