Millət vəkili şəhid ailəsini ziyarət etdi - FOTOLAR

Millət vəkili şəhid ailəsini ziyarət etdi - FOTOLAR

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə Laçın rayonunun Çıraqlı kənd sakini, şəhid Əhmədov Mənsur Mamed oğlunun ailəsini ziyarət edib.

Unikal.org xəbər verir ki, 44 gün davam edən Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun qəhramanlığı nəticəsində ərazilərimiz işğaldan azad olunub. Mənsur ordumuzun qəhrəman əsgərlərindən biri idi. O, canı, qanı bahasına ölkəmizin ərazi bütövlüyü uğrunda savaşdı və qalib gəlib. Mənsur Əhmədovun, eləcə də bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralı əsgər və zabitlərimizin tezliklə sağalmasını arzu edirik.

Şəhid Əhmədov Mənsur Mamed oğlu 06 Mart 2002-ci ildə anadan olub. Ailəsi 1992-ci ildə Ermənistan tərəfindən işğal edilən Laçının Çıraqlı kəndindən məcburi köçkün düşüb. 2020-ci ilin Aprel ayında həqiqi hərbi xidmətə çağırılıb və Daxili Qoşunlarda xidmətə başlayıb. Sentyabrın 27-də başlayan II Qarabağ savaşının ilk günlərindən cəbhədə olub. Füzuli və Cəbrayıl rayonları istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 21-də isə qəhrəmancasına həlak olub və şəhidlik zirvəsinə yüksəlib.

Mənbə: www.unikal.org