Pentaqonun yeni rəhbəri: YPG-ni silahlandıran…

Pentaqonun yeni rəhbəri: YPG-ni silahlandıran…

ABŞ-da Pentaqonun yeni rəhbəri seçilən Llyod Ostin Yaxın Şərqi yaxından tanıyır və PKK/YPG terror təşkilatlarını silahlandırmaqla məşhur olub.

KONKRET.az xəbər verir ki, bu barədə “BBC Türkçe” məlumat yayıb.

Nəşr yazır ki, Ostin 2010-2011-ci illərdə İraqdakı ABŞ qüvvələrinə rəhbərlik edib:

“O, bu dövr ərzində ABŞ-ın İraqdakı qoşunlarının geri çəkilməsində, eyni zamanda İraq ordusuna yardımların verilməsi və təlim keçirilməsini nəzərdə tutan yeni dövrə keçid fəaliyyətlərində mühüm rol oynadı.

Bundan başqa, Suriyada İŞİD-lə mübarizə iddiası ilə terror təşkilatı PKK-PYD-YPG üzvlərinin silahlandırılmasında liderlik edib. Ostin bölgədə aparılan hava əməliyyatlarını da idarə edən şəxs olub.

Pentaqon rəhbərinin o dövrdə verdiyi açıqlamada koalisiya qüvvələrinin hava əməliyyatı zamanı yüzlərlə İŞİD terrorçularının öldürüldüyünü və PKK-PYD-YPG-nin itirdiyi ərazilərin geri qaytarılmasında köməklik göstərdiklərini bildirib.

Bundan başqa, Ostin ABŞ-ın YPG-yə dəstək verdiyini qəbul edən ilk rəsmilərdən olub. Pentaqon rəhbəri ABŞ-ın xüsusi təyinatlılarının YPG ilə təmasda olduğunu, onlara məsləhət və yardım göstərdiyini də deyib”. (axar.az)

Mənbə: konkret.az