"Vətənə sədaqətimiz bədxahların ürəyincə deyil" -QMİ təkzib edir

Sosial şəbəkədə Saatlı rayonunda şəhid yasında iştirak edən bir mollanın 170 manat zəhməthaqqı alması, 20 manat da yolpulu alması barədə xəbər paylaşılıb. Xəbərdə qeyd olunur ki, həmin molla QMİ-nin əməkdaşıdır. Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayıb, yayılmış xəbərə münasibət öyrəndik. Miq.Az-ın əməkdaşına idarədən bildirdilər ki, bu, yalandan, düşünülmüş şəkildə ortalığa atılımış xəbərdir:

"Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən adi hala çevrilən yalan və iftiraya cavab olaraq bildiriəm ki, haqqımızda deyilənlər Qafqaz Müsəlmanları İdarəsinə atdıqaıları şər böhtandan başqa bir şey deyil. 44 günlük Vətən Müharibəsi zamanı QMİ tərəfindən görülən işlər göz qabağındadır. O ki, qaldı hansısa mollanın şəhid ailəsindən 170 manat pul almasına, bu yalan informasiyadır və bizim idarənin əməkdaşı heç vaxt belə addım atmaz. Əgər həqiqətən də belə bir hal olubsa, şəhid məclisindən pul alan mollanın ad və soyadını da qeyd etsinlər. Tam əminliklə deyə bilərəm ki, belə hadisə olmayıb, bu yayılmış yalan xəbər də iftira dolu qara piar kompaniyanın davamıdr. Mən yenə israrla qeyd edirəm ki, belə bir hadisə baş verməyib, əgər kimsə pul alıbsa ad və soyadla mürcaiət etsinlər."

QMİ-nin nümayəndəsi buna qədər də bəzi insanların sosial şəbəkələr üzərindən Şeyx həzrətlərinin ünvanına insanlığa yaraşmayan, iftira dolu qara piar kompaniyasına start verilməsini qeyd etdi:

"Sosial şəbəkələrdə bəzi "klavyatura qəhrəmanları" Şeyx həzrətlərini niyə hədəf alması maraqlıdır. Bütün zamanlarda belə olub, yalan xəbər yaymaq savadsızlığın, dünyagörüşün olmamasındadır, bunu biləsiniz. Kiminsə ünvanına iftira atmaq, haqqın qabağından qaçmağın, gücsüzlüyün və çarəsizliyin əlamətidir."

Yalan xəbərlərlə ictimaiyyəti aldadtmaq istəyənlərə bildirmək istəyirəm ki, QMİ öhdəsinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir:

"Allahşükür Paşazadə və rəhbərlik etdiyi QMİ döyüşlərin başladığı ilk gnündən müharibə ovqatını daşıyan bir quruma çevrildi. Ölkənin hər tərəfində Şeyxülislamın təyin etdiyi qazilər və imamlar əsgərlərin döyüşə yola salınma mərasimlərində, şəhid dəfninin təşkilində öndə oldular. Şeyxülislamın müharibə dönəmində fəaliyyətinin bir qolunu "ruhani diplomatiyası” təşkil etməsini görməyənlər görəsən, ölkəmizə düşmən kəsilən hansı xarici misionerlərin dəyirmanına su tökürlər? Döyüşlərin ilk günündə Ermənistanın növbəti silahlı təxribatı ilə başlayan hadisələrlə bağlı beynəlxalq təşkilatların rəhbərlərinə, xarici ölkələrin hökümətlərinə və dünya dini liderlərinə müraciət edən Allahşükür Paşazadə Azərbaycanın bu davasının haqlı və ərazilərini işğaldan azad etməsi üçün apardığını bəyan etməsi, deyəsən, bədxahların ürəyincə olmayıb. Haqqımızda yalan xəbərlər yaymağın arxasında yalnız mənfur niyyət ola bilər." -deyə idarədən bildirdilər.

Miq.az

ƏVVƏLKİ XƏBƏR

Toyota şirkəti Grand Highlander adını qeydə alıb - FOTO

SONRAKI XƏBƏR

"Görəsən bizim babalarımız İranı idarə ediblər, yoxsa İrana xidmət ..?"