Makrona qarşı aksiya: minlərlə insan küçədə...

Makrona qarşı aksiya: minlərlə insan küçədə...

Fransada hökumətə qarşı yenidən etiraz aksiyası keçirilib.

KONKRET.az xəbər verir ki, aksiya iştirakçıları “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə və pandemiya dövründə yaranmış işsizliyə qarşı etiraz ediblər.

Minlərlə etirazçı parlamentdən Fransa Sahibkarlar Təşkilatının (MEDEF) binasına qədər yürüş edib.

Aksiya iştirakçıları ölkə Prezidenti Emmanuel Makron və hökumət əleyhinə şüarlar səsləndirib.

Qeyd edək ki, Ümumi İş Konfederasiyası və “Sarı jiletlilər”in dəstəklədiyi aksiyada Məğrur Fransa Partiyasının lideri Jan Lyuk Melanşon da iştirak edib.

Mənbə: konkret.az