Türk ordusu hazırdır: bu, baş tutarsa, xətt dağılacaq

Türkiyənin Sincarla bağlı mümkün əməliyyatı bölgədə terror dövlətinin qurulmasının qarşısını almaqla bərabər bir çox problemi aradan qaldıra bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkə mətbuatına açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

O bildirib ki, belə bir əməliyyat keçirilərsə, PKK/YPG-nin İraq-Suriya istiqamətində qurduğu xətt də dağıdılacaq:

"Bundan başqa, belə bir əməliyyatın başlaması bölgədə xaosun yaranması deməkdir. İranın da əməliyyata qarşı çıxacağını ehtimal etməliyik. Çünki İranın PKK/YPG-dən öz maraqları üçün istifadə etdiyini bilirik. Bu yalnız YPG-PKK-ya qarşı deyil, çoxkomponentli bir əməliyyat ola bilər. Əgər sadəcə Türkiyə İraq hökuməti ilə razılaşarsa, yenə də bir çox problemlə üz-üzə gələcək. Buna baxmayaraq, Türkiyə əməliyyatı keçirəcək qüvvədədir".

Qeyd edək ki, Ərdoğan ötən gün belə bir əməliyyatı istisna etməmişdi.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Mançester Siti" geridönüşlə qələbə qazandı - VİDEO

SONRAKI XƏBƏR

Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur