Qarabağda artıq 1281 erməni əsgərinin meyiti tapılıb

Qarabağda artıq 1281 erməni əsgərinin meyiti tapılıb

Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş 30 erməni hərbçinin meyitini Ermənistana təhvil verib.

“Qafqazinfo” bildirir ki, bunu erməni KİV-ə Ermənistan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Unan Tadevosyan deyib.

Qeyd olunur ki, noyabrın 13-dən indiyədək 1 281 erməni əsgərin cəsədləri və qalıqları tapılıb.

Mənbə: qafqazinfo.az