Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiyasının layihəsi – FOTO/VİDEO

Novator memar Muxtar Ərturanın rəhbərliyi altında Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin konsepsiyasının layihəsi hazırlanıb.

Layihə azərbaycanlı memar və türkiyəli mühəndislər tərəfindən qarşılıqlı dostluğun, qardaşlığın rəmzi, memorial abidəsidir və şəhidlərə ithaf olunub. Adı çəkilən layihə İSTİQLAL ZİRVƏSİ adlanır. Layihə Azərbaycan Respublikası Prezidentinin 03.12.2020-ci il tarixli sərəncamına müvafiq olaraq irəli sürülüb.

Layihənin tanıdılması, özəllikləri və məqsədi barədə "Flame Towers"də brifinq təşkil olunub. Brifinqdə çıxış edən memar Muxtar Ərturan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin üstünlüklərindən danışıb, jurnalistlərin suallarını cavablandırıb.

“Layihə qeyri-adi formatda hazırlanıb və hər birimizin gözlərinin öyrəşdiyi memarlıq kompleksindən fərqlidir. Belə ki, buradakı gözəlliklər, fərqliliklər və texnoloji yeniliklər onu dünyada analoqu olmayan bir memorial kompleks kimi fərqləndirəcək.

Novator Muxtar Ərturan deyib ki, bu bir konsepsiyadır və Azərbaycan-Türkiyə memar və mühəndislərinin birgə layihəsidir. Nəinki səngərdə, döyuşdə, iqtisadi və ticari əlaqələrdə həmçinin memarlıq sahəsində də bir nümunə olaraq bu “Zəfər Muzeyi” gələcək nəsilə dostluğunun, qardaşlığın və birliyin, rəmzi kimi qalacaqdır. Bu, həm də memarlıq sahəsində iki dövlətin memarlarının və mühəndislərinin bir töhfəsidir”. Bununla biz iki ölkə arasında qardaşlığa töhfə verəcəyimizi düşünürük. Layihənin Milli Atributlarımızdan olan və türk dünyası simvollarını əks etdirən aypara və səkkiz guşəli ulduz şəklində, ultramüasir, çoxmərtəbəli bina olaraq teleqüllənin qərb hissəsində yerləşəcəyi nəzərdə tutulub.

Layihənin aypara formasında olması bütün türk dövlətləri və birliyinin rəmzidir. Bu, bir türçülüyün rəmizidir. İki dövlət bir millət, yəni bir ananın iki qolu, bir amalın iki yolu.

Həmin ərazi ilə bağlı artıq mühəndis araşdırma işləri aparılıb və kompleksin orada yerləşdirilməsi üçün bütün əsaslar var. Bu layihə Azərbaycan-Türkiyə memarları tərəfindən bir konsept olaraq təklif edilib və bu səbəbdən onun qiymətləndirilməsini indidən demək çətindir. Gün ərzində kompleksin 350-500 nəfər ziyarətçi qəbul etməsi nəzərdə tutulub", - deyə Muxtar Ərturan bildirib.

Qeyd edək ki, Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi layihəsinin birinci mərtəbəsinin atrium hissəsində, döşəmədən nisbətən hündürdə yerləşən, dairəvi Turan Birliyini əks etdirən Gerb Azərbaycan Bayrağının üçrəngli simvolları ilə əhatə olunur. Bu simvolların üzərində Vətən müharibəsi şəhidlərinin adları göstəriləcək. Çünki bura gələcəkdə şəhidlərimizin müqəddəs anım yeri kimi nəzərdə tutulub. Şəhidlərin adları Azərbaycan bayrağı üzərində fosfor tərkibli nano boya ilə yazılacaq ki, bu da öz növbəsində “ULTRA NEON Conspiracy Hologram” işıqlar sayəsində bərq edəcək.

Bu simvolik gerbin üzərində hündürlüyü 30 metr olan “Stace Performance Hologram” silindr nəzərdə tutulur. Bu silindr daxilində Ulu Öndər Heydər Əliyev, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğanın 7D formatında holloqrafik təsvirləri onların seçmə çıxış nitqləri ilə müşayiət olunacaq və hər epizoddan sonra 7D formatında odlar yurdunun simvolunu əksetdirən, eyni zamanda şəhidlərimizin əbədi xatirəsinə holloqrafik məşəl (BİO) yanacaq.

Bundan əlavə kompleksdə ulu öndər Heydər Əliyev irsinin öyrənilmə mərkəzi, Xocalı soyqırımı 7D sinema muzeyi, 20 Yanvar qətliamı 7D sinema muzeyi, 7D sinema Zəfər muzeyi, İstiqlal tariximizi əks etdirən Smart Muzey, Müstəqillik tariximizi və İstiqlal tariximizi əks etdirən Smart kitabxana, Səsli və vizual görüntülərlə təchiz olunmuş müasir dünya tələblərini özündə əks etdirən SMART RƏSM QALEREYASI, Türk Dövlətlərinin Şurasının mərkəzi, Dəmir Yumruq əməliyyatının zəfərlə başa çatdırılmasında mühüm rol oynamış hərbi texnikalarımızı və hərbi sənayemizi əks etdirən sərgi zalı və İstiqlal mücadiləmizi əks etdirən filmləri nümayiş etdirmək üçün zalların fəaliyyət göstərməsi planlaşdırılıb.

“Zəfər Muzeyi” layihəsinin konsepsiyası ilə bağlı daha ətraflı məlumat almaq üçün:

+994 50 500 51 21

 

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Hava kəskin soyuyacaq, qar yağacaq

SONRAKI XƏBƏR

Qobustan Qoruğu ziyarətçilər üçün açılır