“Satqın Nikol rədd ol” - Paşinyana qarşı etirazlar artır

“Satqın Nikol rədd ol” - Paşinyana qarşı etirazlar artır

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar davam edir.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün paytaxt İrəvanda vətəndaşlar avtomobillərlə yürüş ediblər. Onlar Paşinyanı vəzifəsindən istefa verməyə çağırıblar.

Etirazçılar "Satqın Nikol, istefa!", "Nikol, rədd ol" və digər şüarlar səsləndiriblər.

Mənbə: www.unikal.org