Naftalanda şəhid olmuş mülki vətəndaşların məzarı ziyarət edildi - FOTOLAR

Milli Məclisin deputatı Anar Məmmədov və Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalanda şəhid olmuş mülki vətəndaşların məzarlarını ziyarət edib.

Deputat və başçı şəhidlərin yaxınları ilə həmsöhbət olub. Görüşdə vurğulanıb ki, mənfur düşmən Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Naftalan şəhəri Qaşaltı kəndini və Goranboy rayonunu ağır silahlardan atəşə tutmuş, nəticədə bir ailənin 5 üzvü və bir nəfər Goranboy rayon sakini vəfat etmişdir. Təəssüf ki, erməni “oyununun” qurbanına çevrilənlər arasında körpə fidanlarımız, günahsız uşaqlarımız da yer alıb. Lakin bütün bu itkilərimizlə yanaşı bizim ən böyük təsəllimiz bütün şəhidlərimizin qanının yerdə qalmaması, haqq ədalətin zəfər çalması oldu.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı veririk. Vətən, başın sağ olsun!

Press.az

ƏVVƏLKİ XƏBƏR

“İnter”in sabiq legioneri Azərbaycanı unuda bilmir - VİDEO

SONRAKI XƏBƏR

Vardidən "Lester Siti"yə üzücü xəbər