Ruhanidən korona açıqlaması: 6 ay buna məcburuq

Ruhanidən korona açıqlaması:  6 ay buna məcburuq

Koronavirusun gənc təbəqə üzərində təsiri artıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

"Virusla bağlı azalma tendensiyasının yaşanmasına baxmayaraq, insanlar alınan tədbirlərə riayət etməlidir. Çalışırıq ki, bu ay ərzində ölkədə vaksinasiyanın tətbiqinə başlayaq. Vaksinasiya prosesinin davam etməsi üçün ən azı 5-6 ay sağlamlıq protokollarına riayət etməyə məcburuq. İran 3 müxtəlif vaksin üzərində çalışır. Bundan başqa, digər ölkələrin istehsal etdiyi vaksinlərin təmin edilməsi üçün də işlər aparılır", - Ruhani bildirib.

Mənbə: news.milli.az