Ağdərə: “530” və “951” yüksəklikləri uğrunda həftələrlə davam edən döyüşlər KƏŞFİYYATÇI QAZİNİN MÜHARİBƏ XATİRƏLƏRİ,+VİDEO

44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan ordusu cənub cəbhəsində düşmənin keçmilməz hesab olunan istehkamlarını yararaq Laçına qədər irəlilədi, eləcə də Füzuli istiqamətindən irəliləyən bölmələr Şuşaya çatıb düşməni kapitulyasiyaya məcbur etdi. Şimal cəbhəsində isə hadisələr daha fərqli cərəyan edirdi. Azərbaycan ordusunun həmin istiqamətdə döyüşən bölmələri olduqca çətin relyefdə hücum əməliyyatları həyata keçirərək Talış və Suqovuşan kəndlərini düşməndən təmizlədi, Suqovuşan üzərindəki hakim yüksəklikləri tutub möhkəmləndi.

Lakin Ağdərə istiqamətində hadisələr daha sonra fərqli məcrada davam etməyə başladı. Düşmən həmin istiqamətdə möhkəmləndirilmiş yeraltı beton bunkerlər şəbəkəsindən ibarət müdafiə xətti qurmuşdu və həmin bunkerləri artilleriya dağıda bilmirdi.

Şimal istiqamətində düşmənin ən üstün mövqeləri “530” və “951” yüksəkliklərində yerləşmişdi. Azərbaycan ordusu oktyabrın ortalarında “530” yüksəkliyini ələ keçirsə də “951” uğrunda döyüşlər noyabrın 10-na qədər davam etmişdi.

Virtualaz.org həmin yüksəkliklər uğrunda döyüşən kəşfiyyat-həmlə taborunun döyüşçüsü, qazi Cavadov Balaş Şahlar oğlunun YouTube bloqeri ilə söhbətini, müharibə xatirələrini təqdim edir:

 

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da koronavirus qurbanlarının sayı 417 mini keçib

SONRAKI XƏBƏR

Türkiyə sahillərində dəniz suyu 40 metr çəkildi