Niderlandda etiraz aksiyası - 30 nəfər həbs olunub - FOTO

Niderlandda etiraz aksiyası - 30 nəfər həbs olunub - FOTO

Niderlandın Eindhoven şəhərində bu gün keçirilən etiraz aksiyasında iştirak edənlərdən 30 nəfər həbs olunub.

REAL TV-nin Avropa bürosunun məlumatına görə, Eindhoven polisi karantin tədbirlərinə qarşı keçirilən icazəsiz etiraz aksiyasını itlər, atlar və su maşınlarından istifadə edərək dağıtmaga çalışıb.

Əslində ölkədə durmadan artan infeksiyalar səbəbindən Eindhoven bələdiyyələsinin nümayiş qadağasına baxmayaraq, yüzlərlə insan meydanda toplaşıb. Səlahiyyətli orqanların əmri ilə şəhərə gediş-gəliş və qatarların hərəkəti dayandırılsa da, etirazçılar şəhərin mərkəzi meydanına toplaşmağa davam ediblər.

Polisin bir neçə dəfə xəbərdarlığına məhəl qoymayan nümayiş iştirakçıları ilə polis arasında bu dəfə də qarşıdurmaa yaranıb. İcazəsiz aksiyanı dağıtmaq üçün polis meydana su maşınları, itlər və atları cəlb edib.

Xatırladaq ki, hazırda Niderland da günlük COVID-19 virusuna yoluxma sayı 5000-nə yüksəlilb. Ölkə rəhbərliyi yoluxmaların qarşısını almaq üçün yanvarın 24-dən Niderlandda axşam saat 9-dan başlayaraq komentdant rejiminin tədbiqinə başlayıb.

 

Mənbə: www.realtv.az