İsrail bütün uçuşları dayandırıb

İsrail bütün uçuşları dayandırıb

İsrail bütün uçuşlar üçün beynəlxalq hava limanını bağlayıb.

Bu barədə Baş nazir Binyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, hökümət koronavirus epidemiyasını nəzarət altına almaq üçün tədbirləri gücləndirir.

Qeyd edək ki, koronavirusun olduqca yoluxucu variantlarının aşkarlanması dünyada infeksiyaya yoluxma dinamakasını artırıb.

İsrail hökuməti sözügedən qərarı təsdiqləyib.

“Hamımız virusun yeni mutasiyalarının qarşısını almaq üçün çalışırıq və biz bunu etməliyik”, - deyə Baş nazir B. Netanyahu qeyd edib.

İsrail mediyasının yaydığı məlumata görə, uçuşlarla bağlı verilən qərar ən azı bir həftə qüvvədə qalacaq.

Lakin Netanyahunun ofisi məsələylə bağlı heç bir açıqlama verməyib.

Məlumat üçün bildirək ki, İsraildə koronavirusa yoluxanların ümumi sayı 595 mini ötüb. Onlardan 4361-i pandemiyanın qurbanı olub.

Bundan başqa, ölkədə virusa qarşı geniş miqyaslı peyvənd kampaniyası başladılıb.

Hökumət 16-18 yaş arası uşaqların imtahanlarda iştirak etmələrini təmin etmək üçün COVID-19-a qarşı peyvənd edilməsinə başlayıb.

Uşaqlar valideynlərin icazəsi ilə vaksinasiya proseduruna cəlb edilir.

19 dekabrdan bu yana İsrailin 9 milyon əhalisinin dörddə birindən çoxuna ən azı “Pfizer” peyvəndinin birinci dozası vurulub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Mənbə: www.realtv.az