Ərdoğana qarşı çirkin təhdid: “Tezliklə...” – Şok paylaşım

Ərdoğana qarşı çirkin təhdid: “Tezliklə...” – Şok paylaşım

 

PKK terror təşkilatının siyasi qanadı HDP-dən olan keçmiş millət vəkili Hasip Kaplan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün Tvitter səhifəsindəki paylaşımında qeyd edib.

“Tezliklə AKP rəhbəri (Ərdoğan) üçün böyük bir yubiley planlaşdırırıq", - Kaplan bildirib.

HDP üzvünün təxribatçı paylaşımı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və pislənilib.

Sosial şəbəkə istifadəçiləri Kaplanın təhdidedici paylaşımına qarşı Türkiyə liderini dəstəkləyiblər.

 

Mənbə: teleqraf.com