“Qarabağ Dirçəliş Fondu”nun yaradılması “Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab edilir

“Qarabağ Dirçəliş Fondu”nun yaradılması “Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab edilir

Baş Prokurorluqda 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclası keçirilib.

Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, 44 günlük haqq savaşında qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirilib.

Döyüş meydanında qazanılmış qələbənin diplomatik müstəvidə davam etdirilməsi ilə tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Zəfərin təntənəsi olaraq ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşa şəhərinə və digər azad olunmuş rayonlara səfərləri, orada üçrəngli Azərbaycan bayrağının ucaldılması, Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda beynəlxalq hava limanının təməlinin qoyulması, həmin bölgələrdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, quruculuq-bərpa və abadlıq işlərinin aparılması məqsədilə “Qarabağ Dirçəliş Fondu”nun yaradılması doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab edilib.

Mənbə: paralel.az