Həmrəylikdən - Dəmir Yumruğa...

Həmrəylikdən - Dəmir Yumruğa...

"Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir". Bu fikirləri Prezident İlham Əliyev dekabrın 29-da dünya azərbaycanlılarını təbrik edərək bildirmişdir. Bəli, artıq yeni – 2021-ci ilə böyük qələbələrlə, zəfərlərlə qədəm qoymuşuq. Hər ili yola salanda dönüm arxaya baxanda Qarabağ həsrəti, nisgili heç nə ilə əvəz edilmirdi. Ancaq bu həsrətə, bu nisgilə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev «dəmir yumruğ» siyasəti ilə su səpdi. 30 ilin həsrətinə 44 gün ərzində Qarabağ Azərbaycanımıza qovuşduq. Dövlət başçımızın dediyi kimi, 2020-ci il Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.

"Mən hər bir azərbaycanlının Prezidenti olacağam!"

30 illik həsrətə son qoyulan Qarabağ Azərbaycandır! Zəfər Qələbəsi - "Mən hər bir azərbaycanlının Prezidenti olacağam", dediyi sözlərin bu gün sözdə yox, reallığa çevrildiyinin şahidi olduq. 30 illiyk həsrətə 44 gün ərzində son qoymasının əsas amili - XALQ-İQTİDAR-ORDU birliyinin, Ali Baş Komandanımız İlham Əliyev cənablarının son 17 illik Prezidentlik fəaliyyəti müddətində ordumuza daima diqqət və qayğısının, dəmir yumruğunun nəticəsidir. Dövlət başçımız İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız, 30 illik həsrətimizə son qoyulmağımız olub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: "Azərbaycan indi o dövlət deyilki, onun maraqlarını kimsə kənara qoya bilər". Bəli, bu gün Azərbacan dövləti nə o dövlətdir, ordusu da nə o ordu deyil. Məhz 44 gün ərzində mənfur düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, ordusu darmadağın edildi, Azərbaycan əsgərləri onları iti qovan kimi qovdu: "Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!".

Hər dəfə xoş xəbərləri xalqına birbaşa çatdıran Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları hər işğaldan azad olan torpaq müjdəsini səsləndirəndə "Qarabağ Azərbaycandır!" deyərkən simvolik olaraq yumruğunu da qaldırdı. Bunun da məntiqli mənası odur ki, həmrəy olub bir yumruq kimi birləşib Qarabağı düşməndən azad etdik. Bu birliyin köməyinə həmrəylik gəldi. "Dəmir yumruq" həmrəylik gücümüzün simvoluna çevrildi. Həmrəylikdən gələn 30 illik haqq yolu dəmir yumruğa çevrilib düşmənin saxtalaşdırdığı illərin yalanını üzə çıxardı. Ədalətimizi həmrəylik gücü ilə bərpa etdi, öz qələbəmizlə, yekdil birliyimzlə... Həmişə birlikdə olaq! Qarabağ Azərbaycandır!

MEYDANƏLİ YOLÇUYEV,

YAP Daşkəsən rayon təşkilatının sədri

Mənbə: sia.az