Hansısa ölkədə Rusiya və yaxud ABŞ-ın hərbi bazası arasında nə fərq var?

Hansısa ölkədə Rusiya və yaxud ABŞ-ın hərbi bazası arasında nə fərq var?

“Hər gün eşidirəm ki, Rusiya Gürcüstan, Ukrayna, Ermənistan, Qazaxıstan, Moldova, Belarus və Azərbaycanı itirdi. Amma mən tərəddüd etmədən deyirəm ki, Rusiya özü-özünü itirdi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri yazıçı Zaxar Prilepin Teleqram kanalında yazıb.

Prilepin özünü bir imperialist və SSRİ ilə Rusiya İmperiyasının birləşməsinin tərəfdarı adlandırır və Rusiyanın hələ 90-cı illərdə bu ölkələri itirdiyini xatırladıb.

“Bundan əlavə, niyə heç kim Ermənistan, Moldova, Ukrayna, Gürcüstan, Belarus, Azərbaycan və Qazaxıstanın Rusiyanı itirdiyini demir. Guya Rusiya pomjdur, qalan hamısı qızıldır”, – deyə yazıçı yazır.

Yazıçı Rusiyanın min yaşında olduğunu və itkilərin bir hissəsinin 30 yaşından bir qədər çox olduğunu xatırladıb. 1987-ci ildən bəri ruslar hər yerdən – Qafqazdan, Qara dəniz sahillərindən, Baltikyanı ölkələrdən və Orta Asiyadan qovuldular.

“Həqiqət odur ki, Kiyev öz etirazçılarını, gürcü öz etirazçılarını, Belarus öz etirazçılarını küçələrə tökdülər və ən böyük xəyalları ABŞ bazalarını ölkələrinə gətirmək oldu. Amma həmin dövlətlər bununla öz müstəqilliklərinin, ərazi bütövlüklərinin üstündən xətt çəkmiş oldular. Mən bu vəziyyətdə bir məsələni başa düşə bilmirəm? Ukraynada, Gürcüstanda və digər ölkələrdə ABŞ bazasının olmasının Rusiya bazasının olmasından nə fərqi var?”, – deyə Prilepin əlavə edib.

Lətif,

KONKRET.az

Mənbə: konkret.az