Bir gündə 185 erməni Qarabağa gətirilib

Bir gündə 185 erməni Qarabağa gətirilib

Son sutkada İrəvandan Xankəndinə 185 erməni gətirlib.

Cebhe.info xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Ermənilərin olduğu avtobusları Rusiya sülhməramlıları müşayiət edib. Ümumilikdə isə 2020-ci il noyabrın 14-dən etibarən Ermənistandan Qarabağa 50 843 erməni aparılıb.

Rusiyalı minatəmizləyənlər 23 noyabrdan etibarən 762,3 hektar ərazini, 225,8 km yolu təmizləyib. 23 mindən çox təhlükəli partlayıcı maddə zərərsizlədirilib.

 

Mənbə: cebhe.info