Ötən il məhkəmə icraçılarının icraatına 910 mindən artıq iş daxil olub

Ötən il məhkəmə icraçılarının icraatına 910 mindən artıq iş daxil olub

Samir Əli – Trend:Ötən il məhkəmə icraçılarının icraatına 910 mindən artıq iş daxil olub.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib.

O bildirib ki, bu rəqəm 2019-cu illə müqayisədə 49 min iş artıq olub: “Daxil olan işlərin 89 faizi məhkəmə tərəfindən qəbul edilən icra sənədləri ilə bağlıdır”.

Mənbə: az.trend.az