Tusk: "Müharibədə Ukraynanı dəstəkləmək təhlükəsizliyimiz üçündür!"

Tusk: "Müharibədə Ukraynanı dəstəkləmək təhlükəsizliyimiz üçündür!"

Polşanın Baş naziri Donald Tusk Ukrayna münaqişəsi mövzusunda diqqət çəkən açıqlamalar verib.

Slawa TV-yə istinadən xəbər verilir ki, o, rəsmi Kiyevi öz maraqları üçün dəstəklədiklərini gizlətməyib. Onun fikrincə, Ukraynanı dəstəkləmək Kiyevə bir növ yaxşılıq etmək üçün deyil, özlərinin təhlükəsizliyinə qoyulan bir sərmayə sayılır.

"Polşa-Ukrayna münasibətləri müzakirə oluna bilər. Amma kimsə şübhə edə bilməz ki, Rusiya ilə müharibədə Ukraynanı dəstəkləmək bizim təhlükəsizliyimiz üçündür. Biz bunu özümüz, polşalılar üçün edirik. Bu addım başqa heç kim üçün deyil...",- Polşanın Baş naziri deyib.

Baş nazirin sözlərinə görə, Polşanın təhlükəsizliyi dörd sütun üzərində qurulub: Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsi, Baltik dənizinin təhlükəsizliyinin təmin edilməsi, güclü iqtisadiyyat və sağlam xarici siyasət.

Mənbə: publika.az