Tehran Azərbaycanla danışıqları davam etdirir - İran XİN rəsmisi

Tehran Azərbaycanla danışıqları davam etdirir -

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qüvvəyə minməsi İranın dənizdəki enerji resurslarındakı payında heç bir dəyişiklik yaratmayacaq və ölkənin milli təhlükəsizliyini möhkəmləndirəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin Xəzər dənizi üzrə departamentinin rəhbəri Nəbiallah Əzəmi Sərdui "İRNA" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, dəniz dibinin, balıqçılıq zonalarının və dəniz sərhədlərinin bölünməsi ilə bağlı İranın Azərbaycan və Türkmənistanla ikitərəfli danışıqları davam edir.

XİN rəsmisi vurğulayıb ki, sənəd xarici hərbi qüvvələrin Xəzərdə olmasını qadağan edir və yalnız sahilyanı ölkələrin gəmilərinə üzdürmə hüququ verir.

"Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya qüvvəyə minəcəyi təqdirdə ölkəmizin enerji resurslarındakı payında heç bir dəyişiklik olmayacaq", - N.Əzəmi Sardui bildirib.(teleqraf)

Mənbə: olke.az