İspaniyanın Seuta muxtar şəhərində yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib.
Çimərlikdə müvəqqəti düşərgə salan miqrantlar aksiya zamanı İspaniya bayraqları dalğalandırıb. Onlar ölkədə sığınacaq verilməsini tələb edən plakatlar açıblar.
Xatırladaq ki, iyulun sonunda on minlərlə qanunsuz miqrant dəniz yolu ilə bir neçə mil üzərək Seutaya keçib. Yaranmış böhranla əlaqədar İspaniya hökuməti təhlükəsizliyin təmin olunması məqsədilə şəhərə ordu qüvvələrinin yerləşdirilməsi barədə qərar qəbul edib. Miqrantların əksəriyyətinin artıq Mərakeşə qayıtdığı bildirilir. Bununla belə, İspaniya hakimiyyətinin məlumatına görə, təxminən 5 min miqrant hələ də şəhərdədir.
Mənbə: publika.az