İran ABŞ və İsrail üzərində qələbə çaldığını açıqladı: Məqsədlərinə çata bilmədilər

İran ABŞ və İsrail üzərində qələbə çaldığını açıqladı: Məqsədlərinə çata bilmədilər

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ və İsraillə qarşıdurmada Tehranın faktiki olaraq qalib gəldiyini bildirib.

Qalibaf bu barədə danışarkən İranın həm hərbi, həm də siyasi baxımdan üstünlük əldə etdiyini deyib.

“Mən bunu ürəkdən deyirəm: biz bu müharibədə həm hərbi, həm də siyasi baxımdan həqiqətən qalib gəldik”, - deyə o bildirib.

Qalibaf qeyd edib ki, İranın qələbəsindən danışmaq ABŞ silahlı qüvvələrinin tamamilə məğlub edildiyi anlamına gəlmir. Onun sözlərinə görə, Tehran üçün əsas məqam ABŞ və İsrailin qarşıdurmanın əvvəlində qarşılarına qoyduqları məqsədlərə nail ola bilməməsidir.

“Onların elan etdikləri məqsədlərdən heç biri qarşıdurma zamanı həyata keçirilmədi”, - deyə İran parlamentinin spikeri vurğulayıb.

Müəllif: Adəm

Mənbə: publika.az