SEPAH-la ABŞ arasında heç bir danışıqlar aparılmır.
Bu barədə SEPAH sözçüsü Hüseyn Muhabbi bildirib.
"Diplomatik məsələlər İslam Respublikasının digər strukturlarının səlahiyyətlərinə aiddir. Hazırda ABŞ-la diplomatik səviyyədə belə danışıqlar aparılmır", - o vurğulayıb.
Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp açıqlamasında SEPAH-la gizli əlaqələrinin olduğu barədə məlumat verib.
Mənbə: www.bakupost.az