ABŞ Konqresində Demokratlar prezident Donald Trampın Omanı bombalamaqla bağlı təhdidlərindən sonra onun hərbi səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində yeni addımlar atmağa hazırlaşırlar.
Bu barədə “Axios” Konqresdəki mənbələrə istinadən məlumat yayıb.
Demokrat senator Tim Keyn Trampın hərbi əməliyyatlarla bağlı qərarlarına məhdudiyyət qoyulmasını nəzərdə tutan qətnamə təqdim etmək niyyətində olduğunu bildirib.
O, respublikaçı həmkarlarının da Demokratlara qoşularaq prezidentin ABŞ-a və dünyaya daha böyük zərər vurmasının qarşısını alacağına ümid etdiyini deyib.
Keyn Vaşinqtonla Maskat arasında diplomatik və ticarət əlaqələrinin möhkəm olduğunu vurğulayıb. Senatorun sözlərinə görə, Trampın Omanı hədələməsi ABŞ-ın əsas rəqibləri, o cümlədən Rusiya və Çinin maraqlarına xidmət edə bilər.
Qeyd edək ki, daha əvvəl Donald Tramp Omanı Hörmüz boğazına nəzarət məsələsində Vaşinqtonun qarşısını alacağı təqdirdə bombalamaqla hədələyib.
“Əgər Oman qarşımızda dayanarsa, onları darmadağın edəcəyik”, - deyə Tramp bildirib.
Mənbə: publika.az