Regionun dəyişən reallıqları (VİDEO)

İran region dövlətləri ilə münasibətlərinə yenidən baxmaq fikrindədir. Buna səbəb isə Azərbaycanın 44 günlük Vətən Müharibəsi nəticəsində regionun geosiyasi və iqtisadi konfiqurasiyasını dəyişməsidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 6 region ölkəsindən ibarət yeni əməkdaşlıq platformasının yaradılması da müzakirə mövzusudur. Nəzərə alsaq ki, bu İran üçün də kifayət qədər maraqlı təşəbbüsdür, onda İran Xarici İşlər naziri Cavad Zərifin Azərbaycana və regiona bu dəfəki səfərinin də məhz bu əməkdaşlığın inkişafına hesablandığını düşünmək olar.

Azərbaycanın işğaldan azad olunan əraziləri hesabına, ölkənin milli iqtisadi inkişaf dövriyyəsinə yeni potensiallar qatılır, kommunikasiya əlaqələri genişlənir. İran da bu reallıqlara uyğun davranış strategiyası müəyyənləşdirərək Azərbaycanla əlaqələrini daha da inkişaf etdirmək fikrindədir.

Beləliklə Azərbaycanla İran arasında son təmaslar, bölgədə regional, iqtisadi əməkdaşlıq sferasının genişləndirilməsi, təhlükəsizlik məsələlərinin müzakirəsi, nəqliyyat-kommunikasiyalarının inkişaf etdirilməsi istiqamətində müzakirələrin aparılmasından ibarətdir.

Qeyd edək ki, iranlı diplomat Azərbaycana səfərin ardınca Rusiya, Ermənistan, Gürcüstan və həftə sonu Türkiyəyə də səfər edəcək.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Psixoloq valideynləri diqqətli olmağa çağırdı: məktəblinin bu problemi varsa...

SONRAKI XƏBƏR

Naxçıvan yolu Turan birliyinə aparan yol olacaq