“İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizə buraxmaq olmaz” – Arif Hacılı

“İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizə buraxmaq olmaz” – Arif Hacılı

“İran şirkətlərinin işğal altında olan ərazilərimizdə erməni vandalları ilə birlikdə şəhər və kəndlərimizin dağıdılmasında iştirakı, Yuxarı Qarabağda fəaliyyət göstərən cinatkar rejimlə əməkdaşlıq etməsi hamıya məlumdur. Qarabağın əsil sahiblərinin evlərini dağıdan, Xankəndiyə ərzaq, yanacaq və digər məhsullar daşımaqla separatçı rejimə həyat verən şirkətlər indi azad olunmuş şəhər və kəndlərimizin bərpasında iştirak edəcək?”

PİA.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Münaqişənin əvvəlindən bəzən birbaşa, bəzən dolayısı ilə düşmən tərəfini tutan, 30 milyondan çox cənublu soydaşımızın mədəni-milli hüquqlarını tanımayan bir dövlətin şirkətləri şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarımızda iş qurub, mənfəət götürə bilməz! İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizə buraxmaq olmaz!” – A.Hacılı qeyd edib.

 

Mənbə: pia.az