Peskov: “Etirazların təşkilində kənar müdaxilələr var”

Peskov: “Etirazların təşkilində kənar müdaxilələr var”

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden rəhbərliyi ilə Moskva arasında ilk gərginlik yaşanıb.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, Kreml, Aleksey Navalnının azad edilməsi üçün təşkil olunan aksiyalara görə ABŞ-ı günahlandırıb. Moskva rəhbərliyi ABŞ-ı Rusiyanın daxili işlərinə qarışmaqda məsul görüb.
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov, Rusiya xəbər agentliklərindən birinə müsahibəsində Navalnı tərəfdarlarının küçələrə çıxmasını yersiz adlandırıb. O, etirazların baş tutmasını kənar müdaxilə kimi qiymətləndirib.
Qeyd edilir ki, Peskovdan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova da bu barədə xəbərdarlıq edib. O, amerikalıların aksiyalar keçirildiyi yerdə olmaması üçün edilən xəbərdarlıq fikrini müdafiə edərək, amerikalı siyasətçilərdən məsələ ilə bağlı izahat gözlədiyini bildirib.

 

Mənbə: www.yeniavaz.com