Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL

Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL

Azərbaycan 44 günlük Vətən müharibəsində təkcə Ermənistanı deyil, uzun illərdir ki, onu bir dövlət kimi ayaqda tutan erməni diasporunu da çökdürdü. Artıq diaspor-dövlət bağı düz ortadan qırılıb. Müharibənin acı məğlubiyyəti “güclü” erməni diasporunda sağalmaz məyusluq yaradıb.

Ermənistyanın düşdüyü bu durum Azərbaycanla bağlı bir sıra gizli mətləbləri də üzə çıxardı. Xatırlayırsınızsa, 6-7 il bundan qabaq Qərbdə Azərbaycana qarşı qışqırdılan qaragüruh, təxribatçı bir dəstə formalaşdırıldı. Və bu üzdəniraq dəstə sırf Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə və ən əsası da Azərbaycan xalqına qarşı yönəlmişdi. Bu şəxslər hansısa qanunsuz yollarla Avropaya, ABŞ-a sığınan dələduzlardan təşkil edilmişdi. Öhdəlikləri isə hər fürsətdə Azərbaycanı aşağılamaq, təhqir etmək, nəticə etibarı ilə dünyada bu ölkənin nüfuzunu aşağı salmaq idi. Bunun üçün ən iyrənc yollara və üsullara belə əl atdılar...

Biz həm dövlət, həm də aryrı-ayrı ekspertlər olaraq bu “iyrənc” dəstənin erməni diasporu tərəfindən maliyyələşdirildiyini və yönləndirildiyini dəfələrlə bəyan etmişdik. Lakin it öz sahibinə hürmədiyi kimi, bunlar da öz ağıllarınca, ağalarını ayağa vermirdilər. Qərb kimi acımasız bir qütbdə işləmədən-gücləmədən “göydən yağan pulla” Azərbaycanı və azərbaycanlıları qandıracaqlarını sanırdılar.
Lakin Vətən müharibəsində Azərbaycanın dəmir yumruğu erməni diasporunun Azərbaycana qarşı bu çirkin kampaniyasını həm ifşa elədi, həm də sapı özümüzdən olan o küt baltaları baltaladı.

Diqqət etsəniz, görərsiniz ki, müharibə başlayan bir günə qədər susmayan, hətta səslərini bir qədər də çoxaldan bu qaragüruhçu qurbağaların gölünə sanki yekə bir daş atdılar. Müharibə və ondan sonrakı dövrdə onların heç birinin səsi çıxmadı. Çünki ağalarının əsas diqqəti və maliyyəsi müharibəyə yönəlmişdi. Əldə-ovucda olan bütün vəsait cəbhəyə axıdılırdı. Bu hayda, Avropa və ya ABŞ-da hürdürülən küçüklər yada düşürdü elə...

Maraqlıdır ki, Azərbaycanda radikal müxalifət cəbhəsi də təqribən eyni taleyi yaşadı. Onlar da susqunluq nümayiş etdirdilər – Azərbaycanın nə ağına, nə də qarasına danışdılar. Haqlı olaraq dövlət başçısının “Müharibə dövründə harada idiniz? Qaçıb siçan deşiyində gizlənmişdiniz” sözlərinin altında əzilib qaldılar.
Sizcə, bütün bunlar nədən xəbər verir? Deməli, bir daha sübut olundu ki, həm xaricdə, həm də daxildə Azərbaycana qarşı bu radikal kəsimi məhz erməni diasporu qışqırdırmış. Belə məqamda isə pulu və acından ölməmək üçün qərib ölkədə ayaqda qalmağı dövlətçilik və milli maraqlardan üstün tutan bu zavallılar üçün də susmaqdan başqa bir yol qalmır. Onlardan biri qulağını, digəri dilini, o biri əlini, bu biri ayağını kəsməli olduğu halda, hərəsi bir deşikdə gizlənib. Qarabağın işğalda olduğuna görə dəfələrlə Azərbaycanı aşğıladıqları kimi, niyə bircə dəfə də olsun, hamısı yox, biri Qarabağ uğrunda savaşan dövlətə, əsgərə qahmar çıxmadı, erməni dığasına qarşı bir söz belə demədi? Çünki çaşqınlılq içərisində idilər. Sağılan inəkləri qurutmuşdu. Yeyəcək üçün bir şeylər yox idi. İndi də ona görə susublar ki, hələ də ümidlidirlər. Qoy başları açılsın, yenə bizə sahib çıxarlar deyə, bir ümid var içlərində...

Lakin çifayda. Artıq reallığın qalib gəldiyi bir zəmanədə yaşayırıq. Daha yalan-dolanlar, qaragüruhçuluq, lap elə erməniçilik işləmir. Bütün dünya erməniçiliyin özü haqqında heç də müsbət imic formalaşdırmadığını anlayır. Çünki onlar bu Vətən müharibəsi sonucunda öz təxribatçı, terrorist və separatçı fəaliyyətləri ilə bir daha əsl xislətlərini göstərmiş oldular. Artıq Ermənistan dövləti ilə diasporu arasında böyük bir uçurum var. Yəni diaspor daha Ermənistanın əsas dayağı rolunu oynamır.

Odur ki, həm daxildəki, həm də xaricdəki radikallar özlərinə havadar gözləməsinlər. Anlasınlar ki, onların ən böyük havadarı məhz Azərbaycandır!

Mənbə: az.trend.az