Putin: “Görüntülərdə bir məsələ diqqətimi çəkdi...”

Putin: “Görüntülərdə bir məsələ diqqətimi çəkdi...”

Rusiya prezidenti Vladimir Putin Aleksey Navalnının yaydığı saray görüntüləri ilə bağlı danışıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Putin bu gün universitet tələbələri ilə onlayn söhbət edərkən Navalnının yaydığı görüntülərə münasibət bildirib. O, zarafatla deyib ki, videoda sadəcə şərab biznesi diqqətini çəkib:
“Orada gördüklərimdən yalnız biri, şərabçılıq diqqətimi çəkdi. Bir iş kimi deyil, bir növ fəaliyyət kimi nə vaxtsa bununla məşğul ola bilərəm. Bəlkə də prezident kimi vəzifəmi tamamlayandan sonra bunu edə bilərəm. Amma bununla bir iş adamı kimi deyil, hüquq sahəsində bir mütəxəssis kimi fəaliyyət göstərə bilərəm”.
Qeyd edək ki, Vladimir Putin çıxışının davamında Qara dəniz sahillərindəki sarayın nə ona nə də hər hansı qohumuna aid olmadığını bildirib.

Mənbə: www.yeniavaz.com