Hikmət Hacıyev amerikalılara Azərbaycanın Rusiya sülhməramlılarından razı olduğunu bildirdi

Hikmət Hacıyev amerikalılara Azərbaycanın Rusiya sülhməramlılarından razı olduğunu bildirdi

Azərbaycan tərəfi əmindir ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları peşəkarcasına fəaliyyət göstərir və hesab etmir ki, Moskva onların köməyi ilə Bakı və ya Yerevana təzyiq göstərməyə çalışır.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın aparıcı beyin mərkəzi "Atlantic Council"in virtual formatda müzakirəsində çıxışı zamanı deyib.

"Rusiya sülhməramlıları ilə açıq dialoq və kommunikasiya mövcuddur. Onlar öz işlərini peşəkarcasına yerinə yetirirlər. Bu baxımdan biz razıyıq", - deyə H.Hacıyev vurğulayıb.

"Atlantic Council"in Şura rəhbəri, ABŞ-ın Kiyevdəki sabiq səfiri Con Herbst H.Hacıyevə “o, hesab etmirmi ki, Rusiya sülhməramlılardan Bakı və ya Yerevana təzyiq göstərmək üçün istifadə edə bilər” deyə sual ünvanlayıb.

Azərbaycan Prezidentinin köməkçisi "Xeyr" cavabını verib.

Mənbə: virtualaz.org