"Paşinyan, növbəti anti-erməni layihən nədir?" - Abrahamyan

"Paşinyan, növbəti anti-erməni layihən nədir?" - Abrahamyan

“Cənab Paşinyan, indi qarşınıza qoyduğunuz növbəti anti-erməni məqsədi nədir? İkinci Qarabağ müharibəsinin başlanmasından dörd ay keçib və hər gün Nikol Paşinyanın həqiqi motivləri və hədəfləri getdikcə daha aydın olur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Erməniləri Birliyinin rəhbəri Ara Abrahamyan özünün facebook səhifəsində yazıb. O əlavə edib ki, “İnsanlar utancverici məğlubiyyətə və bugünkü dağıdıcı proseslərə görə məsuliyyəti sizdən – baş komandandan və dövlət başçısından soruşmaqda davam edəcək. Hələliksə xalq yalan və manipulyasiyalarınıza tab gətirmək məcburiyyətindədirlər”.

Abrahamyan əmindir ki, Paşinyan erməni xalqının deyil, müharibəni başlayan və qazanan Azərbaycanın mənafeyinin qorunması tərəfdarıdır.

Mənbə: konkret.az