Merkel Baydeni Almaniyaya dəvət etdi

Almaniya Kansleri Angela Merkel ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığı keçirib, xarici siyasəti, pandemiyanı və ticarəti müzakirə edib, həmçinin pandemiya ilə bağlı vəziyyət imkan verən kimi onu Berlinə dəvət edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə AFR-in Nazirlər Kabinetinin Mətbuat xidməti bildirib.

“Tərəflər xüsusilə Əfqanıstan və İranla bağlı xarici siyasət məsələlərindən danışıblar, həmçinin ticarət və iqlim siyasətini müzakirə ediblər”, - deyə məlumatda bildirilir. Merkel Baydenin Ümumdünya Səhiyyə Təşkilatına üzvlüyü bərpa etmək və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına qayıtmaq qərarını alqışlayıb.

“Kansler pandemiya ilə bağlı vəziyyət imkan verən kimi Prezident Baydeni Almaniyaya səfərə dəvət edib”, - AFR-in Nazirlər Kabinetinin Mətbuat xidməti qeyd edib. Merkel pandemiyaya qarşı mübarizənin “beynəlxalq səylər” tələb etdiyini bildirib.

Almaniya hökumətinin başçısı, həmçinin Avropa və transatlantik tərəfdaşlarla birgə beynəlxalq məsələlərin həllinə hazır olduğunu bildirib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Adel boşanmaq üçün razılığa gəlib

SONRAKI XƏBƏR

Bakıxanovda bir nəfər özünü hündürlükdən yerə atıb