ABŞ Senatı yeni maliyyə nazirini təsdiqləyib

ABŞ Senatı Canet Yelleni ölkənin maliyyə naziri kimi təsdiqləyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Yellenin namizədliyi üzrə səsvermə Senatın internet saytında canlı olaraq yayımlanıb.

O, nazir kimi təsdiqlənməsi üçün senatorların yarısı ilə bərabər daha birinin səsini toplayıb.

Bundan əvvəl Yellenin namizədliyini ixtisas komitəsi də tövsiyə edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilər 132 yaşayış məntəqəsini tamamilə dağıdıb

SONRAKI XƏBƏR

Gecikmiş neyrosifilis