BMT: dünyanın iki hissəyə bölünmə təhlükəsi var

BMT: dünyanın iki hissəyə bölünmə təhlükəsi var

Bu gün dünya iqtisaiyyatı iki hegemon dövlət - Çin və Amerika Birləşmiş Ştatları arasında iki hissəyə bölünüb. SİA xarici mənbələrə istinad edərək xəbər verir ki, bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş "Davos gündəmi" tədbirində çıxış edərkən deyib: "Böyük bir uçurumun yaranma ehtimalı məni qorxutmağa davam edir: dünya yer üzündə ən böyük iki iqtisadiyyata rəhbərlik edən iki fərqli pul vahidi, öz ticarət qaydaları, öz internetləri, öz geosiyasi və hərbi hissələri ilə ikiyə bölünməkdədir".

Dünyanın son 100 ildə ən pis iqtisadi böhran içində olduğunu dilə gətiən baş katib, bu təhlükənin, yəni dünyanın bölünməsinin qarşısını almaq üçün mümkün olan hər şeyə çağırış edib.

Qeyd edək ki, Quterreş bunun mümkünlüyünü, yəni dünyanın 2021-ci ildə "kövrəklikdən davamlılığa doğru" keçmək şansının mümkünlüyünü də istisna etməyib. Onun sözlərinə görə, "ümumi istiqamətimiz davamlı inkişaf hədəflərinə çatmaq olmalıdır"-deyə o bildirib.

Yeri gəlmişkən qeyd etməliyik ki, 2020-ci ildə pandemiya şəraitində yaşamasına baxmayaraq, Çin iqtisadiyyatını artıran yeganə bir dövlət kimi tarixə düşməkdədir. Təsadüfi deyil ki, "Bloomberg" Çində ÜDM-nin 2020-ci ilin dördüncü rübündə 6,5 faiz artaraq illik artımın 2,3 faizə çatdığını da bildirib. Telekanalın ehtimalına görə, Çin bu böyümə sürətini qoruyarsa, 2028-ci ildə ABŞ iqtisadiyyatını geridə qoya bilər.

Ağasəf Babayev

Mənbə: sia.az