BƏƏ-dən İrana qarşı sərt qərar

BƏƏ-dən İrana qarşı sərt qərar

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bütün ticarət, iqtisadi fəaliyyət və maliyyə əməliyyatlarını ikinci bir açıqlamaya qədər dayandırıb.

Qərar İran tərəfindən buraxıldığı bildirilən iki ballistik raketin dəniz gəmiçiliyini hədəf almasından sonra qəbul edilib.
BƏƏ Xarici İşlər Nazirliyi İranla bütün ticarət və iqtisadi fəaliyyətlərin, alış-verişlərin və maliyyə əməliyyatlarının dayandırıldığını açıqlayıb.
BƏƏ Müdafiə Nazirliyi isə İrandan gəldiyi müəyyən edilən iki ballistik raketin dəniz gəmiçiliyini hədəf aldığını və raketlərin dənizə düşdüyünü bildirib.
Qərarın tətbiqi ilə bağlı əlavə detallar açıqlanmayıb.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az