ANAMA debitor və kreditorlarına müraciət edib

ANAMA debitor və kreditorlarına müraciət edib

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ləğv olunması ilə əlaqədar debitor və kreditorlarına müraciət edib.

Redaktor.az-ın məlumatına görə, müraciətdə 1 ay müddətində tələblərin bildirilməsi xahiş olunur.

Müddət başa çatdıqdan sonra agentliyə daxil olan müraciətlərə baxılmayacaq.

Xatırladaq ki, bu il yanvarın 15-də ANAMA ləğv edilərək onun əsasında Minatəmizləmə Agentliyi yaradılıb, köhnə qurumun hüquq və öhdəlikləri, habelə əmlakı yeni quruma keçib.

Mənbə: redaktor.az