Qarabağda erməni olmazsa, sülhməramlıların da orada qalmasına bəhanə olmayacaq - Politoloqdan açıqlama

Qarabağda erməni olmazsa, sülhməramlıların da orada qalmasına bəhanə olmayacaq - Politoloqdan açıqlama

Rusiya sülhməramlılarının Qarabağda sayının artırılması və Rusiya XİN-i Sergey Lavrovun ilin yekunundakı bəyanatları son günlər Azərbaycan gündəmində geniş yer almaqdadır. Xüsusilə Qarabağın bundan sonrakı talehi media və ictimaiyyətlə yanaşı ölkədə uşaq, gənc, yaşlı nəsil də daxil olmaqla hər bir vətəndaşı ciddi maraqlandırır və hətta narahat etməkdədir.

Az öncə döyüş meydanında böyük bir zəfərə imza atan Azərbaycan indi daha böyük bir mücadilənin astanasındadır. Bu mücadilə nəhəng dövlətlər qarşısında aparılan; səbr, təmkin və böyük zəka tələb edən diplomatiya mücadiləsidir. Lakin Qarabağdakı hazırki gedişatı nəzərə aldıqda belə bir fikir formalaşır: - Bir yandan qanlı müharibə, digər yandan savaş etdiyin tərəfin işğaldan azad edilən ərazilərə geri dönüşü.

Bu məsələlərə aydınlıq gətirmək üçün Eurasia Diary politoloq Elxan Şahinoğlu ilə özəl bir müsahibə hazırladı. Həmin müsahibəni sizlərə təqdim edirik.

 

Elxan bəy, Rusiya MN-nin verdiyi son məlumata istinadən bu günədək qarabağa geri qaytarılan erməni sayı 50 mini ötməkdədir. Buna münasibətinizi bilmək istərdik.

Ermənilərin sülhməramlılar tərəfindən Qarabağa gətirilməsi doğrudur amma statistik məlumatların təhrif olunması da istisna deyildir. Əslində Rusiya sülhməramlıları sanki qarşılarına məqsəd qoyublar ki, vaxtilə Qarabağda yaşayan bütün ermənilər mütləq yenidən geriyə qaytarılmalıdırlar. Lakin bunu açıq aydın görmək olar ki, ermənilərin özləri belə Qarabağda yaşamaq niyyətləri yoxdur. Əksinə onlar ya Erənistanda qalmaq, ya da Rusiyaya köçüb yaşamaq istəyirlər. Ola bilsin onların bəziləri zorla Qarabağa gətirilsinlər, amma onlar azərbaycanlilarla birgə yaşamaq istəmirlər. Buna əyani sübut olaraq deyə bilərəm ki, hələ o zaman separatçılar Qarabağı istila edərkən onun ətraf rayonlarını da ələ keçirdilər. Bu da o demək idi ki, ermənilər bizimlə özləri arasında hardasa 200km-ə yaxın məsafə saxlamaq istəyirdilər.

Ümumiyyətlə müzəffər Azərbaycan əsgəri Qarabağı işğaldan azad edib və bundan sonra birgə yaşamağa gəldikdə, hansı erməni Azərbaycan qanunvericiliyinə tabe olaraq Azerbaycanın milli vətəndaşlıq pasportunu daşımağa razı olacaqsa, o zaman onlar rahatlıqla gəlib Qarabağda yaşaya bilərlər. Lakin qeyd edim ki, bu gün bu şərtləri qəbul edəcək elə bir erməni yoxdur və onlar separatçıların təsiri altındadırlar. Sülhməramlılar isə erməniləri zorla Qarabağa gətirir ki, sadəcə öz varlıqlarını Qarabağda davam etdirsinlər, əksi halda Qarbağda erməni olmazsa sülhməramlıların da orada qalmasına bəhanə olmayacaq.

Rusiya XİN-i S.Lavrov ilin yekunları barədə bəyanatında DQ-ın status məsələsinə də toxunub. Əgər Rusiya buna təşəbbüs edərsə Türkiyənin buna qarşı reaksiyası nə ola bilər?

Biz hələ müharibədən öncə Dağlıq Qarabağa yüksək səviyyəli mədəni muxtariyyət verilməsi haqda təklif etmişdik. Lakin onlar bunu qəbul etmədilər. Mən bu barədə hətta araşdırmalar da apararaq bir kitab da yazmışdım. Bunlrdan Aland modeli, Triol modeli və digər bu kimi muxtariyyət modellərindən misal çəkə bilərəm, lakin ermənilər bunlardan heç birini istəmədilər. Onlar Dağlıq Qarabağa tam müstəqillik verilməısi tələbini irəli sürdülər və şanlı ordumuza məğlub oldular. O üzdən də bu gün qarabağda heç bir muxtariyyətdən söz gedə bilməz. Status mısələsinə gəldikdə, ölkə başçısı İ.Əliyevin vurğuladığı kimi onların istəyi bizi maraqlandırmır. Onlar sadəcə Zaqatala, Quba, Lənkəran və s. bölgəmizdə qeyri- statusla yaşayan vətəndaşlarımız kimi Qarabağda da eyni ilə yaşa bilərlər. Yəni burada heç bir statusdan söz getmir. Rusiya XİN-i Sergey Lavrov bu bardə fikir bildirə bilər, hətta Minsk qrupu da bu məsləyə dəfələrlə toxunub, lakin bu bizi maraqlandırmır. Nəyinki Rusiya, hətta Amerika, Fransa belə cəhd edərsə status məsləsini Azərbaycana zorla qəbul etdirə bilməzlər və buna Türkiyə də birmənalı olaraq imkan verməz.

Qafqazda, xüsusilə də Azərbaycanda Rusiyanın nüfuzunun qalma səbəbi sizcə xarici, yoxsa daxili faktorlara əsaslanır?

Mən düşünmürəm ki, Rusiyanın Azərbaycanda böyük nüfuzu yoxdur. Bəli, Rusiya Azərbaycana qonşu dövlət olmaqla yanaşı, onunla böyük ortaq layihələrimiz var, hətta orada çox sayda Azərbaycan vətəndaşlarımız işləyir və yaşayırlar. Əlbəttə bütün bunları nəzərə alırıq, amma Rusiyanın hazırki siyasətinə görə inanmıram ki, onun Azərbaycanda hər hansı bir nüfuzu olsun.

Gəlin sadəcə küçədə gənclər arasında Rusiyanın regionda və Azərbaycanla apardığı siyasətin bəyənilib bəyənilməməsi haqqında bir sorğu aparaq. Əminəm ki, çox cüzi sayda insanlar bundan razı qalacaqlar. Böyük əksəriyyət, xüsusilə sülhməramlıların Qarabağa gəlməsi və separatçılarla şəkllər çəkdirərək paylaşmasını nəzərə aldıqda Rusiyanın siyasətindən narazı qalacaqlar. Rusiyanın nəyinki Azərbaycanda, hətta Ermənistanda belə nüfuzu yoxdur. Sadəcə Ermənistan Rusiyadan qorxduğuna görə onun nökəridir və eləcəcə də, Türkiyə və Azərbaycandan çəkindiyi üçün danışıqlara Rusiyanı çağırır. Ermənistanın əvvəlcədən Türkiyə və Azərbaycanla yaxşı münasibətləri olsaydı heç onların da Rusiyadan asılılığı olmayacaqdı.

Qaldı ruspərəst qüvvələrə, bəli, bu tipli ünsürlər Azərbaycanda da mövcuddur və onlar hər zaman dövlət siyasətinə müdaxilə edərək Rusiyanın Qarabağda və hər bir sahədə aparıcı rola malik olmasını dəstəkləyirlər. Lakin bunlar sayca çox deyillər. Bunu nəzərə alaraq bizim də öz siyasi strategiyamız var və bu da Türkiyə ilə milli ittifqı gücləndirməkdir. Bu səbəbdən də Türkiyənin orduları mütləq Qarabağ bölgəsində olmalıdır, xüsusilə Ağdamda monitorin mərkəzi fəaliyyət göstərməlidir.

Bir çox müzakirəldə Qarabağda yeni bir müharibənin alovlanacağı və burada Türkiyənin aparıcı rol alacağı iddiası səslənməkdədir. Sizcə bu nə qədər realdır?

Bəli, müharibə reallıqdır və ən əsas reallıq bizim Qarabağı yenidən geri almağımızdır. Lakin hələ də orada bir qism separatçı gizlənərək təxribatlar etməyə cəhd göstərməkdədir. Onları birgə mübarizə olaraq Türkiyə hərbçiləri də təqib etməkdədir. Lakin onlara qarşı mübarizəni müharibə deyil, sadəcə terrorla mübarizə adlandırmaq olar. Bilirsiniz ki, 10 noyabrdan bəri bir neçə anti-terror əməliyyatı həyata keçirmişik və nəticədə separatçı qüvvələrdən olan terrorçuların 162 nəfəri tərksilah edilib. Digər əməliyyatda isə meşələrdə gizlənərək hərbçilərimizi qətlə yetirən terror qruplarının təxminən 6 nəfəri ordumuz tərəfindən məhv edilib. Bütün bunları müharibə adlandırmaq olmaz. Digər tərəfdən 6 mindən çox işğal etdiyi kəndi, 14 minə yaxın canlı qüvvəsini itirən Ermənistanın müharibə etməyə heç bir potensialı qalmayıb və hətta bu 2 milyonluq əhalisi olan bir ölkə üçün böyük bir faciədir. Lakin əgər ermənistan dinc durmadığı halda, yəni ölkə başçısının da qeyd etdiyi kimi, əgər emənistan tərəfdən bizə doğru bir güllə belə atılarsa, dəmir yumruq əməliyyatı yenə öz qüvvəsindədir.

Şahin bəy, Aleksey Navalniy tərəfdarları hakimiyyətdə üstünlük əldə edərsə, bunun Qarabağa hansısa bir töhfəsi ola bilərmi?

Bu gün Rusiyada iki cür müxalifət mövcuddur, onlardan biri parlamentdə yer almaqdadır və hakimiyyətlə daim dialoq içindədir. Bunlardan məsələn, Jirnovski tərəfdarları olan istər Liberal Demokrat Partiyası, istərsə də Kommunist Partiyası və s. müxalifət partiyaları ola bilər. Lakin Rusiyada qeyd etdiyim ikinci növ müxalifət sistemdənkənar müxaifətdir və onun da lideri hazırda həbsdə olna Aleksey Navalniydır. Onun Rusiyada nüfuza sahib olduğunu təkzib etmək olmaz. Onun hazırladığı hər bir reportaja milyonlarla insanlar baxır. Hətta Rusiyada bütün liberal gənclər onun arxasınca gedirlər. Amma bu o demək deyil ki, həmin liberal gənclik Navalniynın hakimiyyətdə üstünlük əldə etməsinə hansısa güclü bir təsir göstərə bilsinlər. Bundan əlavə mən düşünmürəm ki, Navalniy hətta hakimiyyətə belə gəlsə Qarabağ məsələsinə hər hansı bir töhfə versin, əksinə o da Paşinyan kimi qərb meylli olduğu üçün regionda sabitliyin pozulmasına səbəb ola bilər.

Müsahibəni aldı: Jurnalist Elnur Ənvəroğlu

Eurasia Diary

Mənbə: ednews.net