Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının ölkənin inkişaf proqramında Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin vəzifədən uzaqlaşdırılması ilə bağlı planın yer aldığı bildirilir.
Bu barədə Ermənistan hökumətinin vahid portalında dərc olunan hüquqi sənəddə qeyd olunur.
Proqrama əsasən, katolikosun vəzifədən kənarlaşdırılması, yeni vikarianın seçilməsi və kilsənin maliyyə fəaliyyətində şəffaflığın təmin olunması nəzərdə tutulur. Sənəddə ruhanilərin davranış standartlarının da müəyyənləşdirilməsi təklif edilir.
Hakim partiya dini etiqad azadlığına hörmət etdiyini və Ermənistanın dünyəvi dövlət olduğunu vurğulayıb.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan daha əvvəl də II Qareginin fəaliyyətini tənqid edib və onun istefasını tələb etmişdi.
Mənbə: publika.az