İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul etdi

İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul edib.

"Report" xəbər verir ki, dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti - UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırlayıb.

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunulub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Mənbə: report.az