İsrail bu ərəb ölkəsi ilə də diplomatik münasibətləri bərpa edir

İsrail bu ərəb ölkəsi ilə də diplomatik münasibətləri bərpa edir

İsrail və Şimali Sudan qarşılıqlı şəkildə səfirliklər açacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İsrail xüsusi xidmət orqanlarının rəhbərinin Şimali Sudana səfəri zamanı iki ölkə arasında diplomatik münasibətlərin bərpa edilməsi qərara alınıb.

İsrailin Şimali Sudanın paytaxtı Xartumda, Şimali Sudanın isə İsrail paytaxtı Təl-Əvivdə səfirlik açması barədə razılığa gəlinib. Yaxın vaxtlarda diplomatik missiyalar korpus üçün nəzərdə tutulmuş məkanlarda səfirliyin açılmasına başlayacaqlar.

Qeyd edək ki, İsrail son dönəmlər bir sıra ərəb ölkələri ilə əlaqələri normallaşdırmağa və münasibətləri bərpa etməyə başlayıb.

Mənbə: www.unikal.org