16 saat yol, 2 koronavirus testi: Deputatlar AŞPA-nın iclasında

16 saat yol, 2 koronavirus testi: Deputatlar AŞPA-nın iclasında

“Bundan əvvəl AŞPA-nın bütün iclaslarında onlayn formada iştirak etmişik. 16 saat səfər və 2 COVID-19 testindən sonra, AŞPA-nın qış sessiyasında fiziki olaraq iştirak edirik.

Müxtəlif təəssüratlar var. Dünən Ermənistanın nümayəndə heyəti Hadrut ətrafında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 62 nəfərdən ibarət erməni diversant qrupunu “hərbi əsir” kimi təqdim etməyə və Avropa İnsan Hüquqları Məhkəməsinə siyasi təzyiq etməyə cəhd göstərir. Qeyd edilən mövzunun AŞPA-nın qış sessiyasının gündəliyinə daxil etməyə çalışdılar. Lakin AŞPA-nın Bürosu bu mövzunun gündəliyə daxil edilməsini tövsiyə etmədi və Plenar Assambleya da bu qərarla razılaşdı”.

Cebhe.info xəbər verir ki, bunu deputat Kamal Cəfərov deyib.

O bildirib ki, digər bir məsələ isə ermənilər yenə “hərbi əsirlərlə” bağlı məsələnin Monitoriq Komitəsinin hesabatına daxil etməyə cəhd göstərdilər:

“4 düzəliş təqdim etdilər. AŞPA-nın prosedur qaydalarına əsasən, bu “düzəlişlər” ilkin olaraq AŞPA-nın Siyasi münasibətlər və demokratiya Komitəsində müzakirə edildi. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fəaliyyəti nəticəsində Komitənin mütləq əksəriyyəti “düzəlişləri” qəbul etmədi. Komitə tərəfindən qəbul edilmədiyi üçün bu "düzəlişlər" plenar iclasda yalnız 10 üzv tərəfindən dəstək alarsa, səsə qoyula bilərdi. Ermənilər heç bir dəstək almadı, hətta Ermənistan nümayəndə heyətinin üzvü Ruben Rubinyan özlərin təqdim etdiyi düzəlişlərin əleyhinə çıxış etdi”.

Vilayət Muxtar

Mənbə: cebhe.info