Araiki kim “dirildir”? - Qarabağla bağlı sərsəm açıqlama

Araiki kim “dirildir”? - Qarabağla bağlı sərsəm açıqlama

Qarabağda qalan terrorçuların rəhbəri, özünü hələ də "prezident" kimi təqdim etməyə çalışan Araik Arutunyan növbəti sərsəm bəyanatla çıxış edib.

Cebhe.info xəbər verir ki, o, "Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması mümkünsüz və qəbuledilməzdir", - deyib.

Arutunyan bildirib ki, qüvvələrin bərpası üçün onları ağır və uzun yol gözləyir: "Qarabağın beynəlxalq aləmdə tanınması üçün səylər davam etdiriləcək".

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə bitib və torpaqlarımız işğaldan azad olunub.

Ancaq görünən odur ki, hansısa qüvvələr Araik Arutunyanın şəxsində terrorçu qüvvələri hələ də yaşatmağa cəhd göstərir.

Xəzər

 

Mənbə: cebhe.info