Səudiyyənin paytaxtına raket hücumu edildi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada edilən raket hücumu cəhdinin qarşısı hava hücum sistemləri vasitəsilə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalının baş redaktoru Məhəmməd Xalid Əl-Yəhya məlumat verib. Bildirib ki, raket HHM sistemləri tərəfindən havada məhv edilib.

Paytaxtda eşidilən güclü partlayış səsi şəhər sakinlərini narahat edib. Bəzi sosial media istifadəçiləri isə partlayış nəticəsində evlərinin sarsıldığını bildirib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Jurnalistikanin 79 yaşlı müəllimi - VİDEO

SONRAKI XƏBƏR

18 yaşında sevgilsini vəhşicəsinə döydü-ANBAAN VİDEO