Rusiya səfiri Ter-Petrosyanın evinə gedib

Rusiya səfiri Ter-Petrosyanın evinə gedib

Ermənistanda daxili siyasi vəziyyətin gərgin olduğu bir vaxtda ölkənin birinci prezidenti Levon Ter-Petrosyan Rusiya səfiri ilə görüşüb. Azvision.az xəbər verir ki, bu barədə “Arminfo” məlumat yayıb.

Maraqlıdır ki, eks-prezident Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırgini öz evində qəbul edib.

Ter-Petrosyanın mətbuat xidməti məlumatı təsdiqləyib və bildirilib ki, təxminən saat yarım davam edən söhbət zamanı Ermənistan-Rusiya münasibətləri kontekstində qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən, müharibədən sonra Azərbaycan ərazisində saxlanılan erməni diversantlarla bağlı məsələ də müzakirə olunub.

Tural Tağıyev

Mənbə: azvision.az